Səudiyyə kralının qızına Fransada həbs şoku

Səudiyyə kralının qızına Fransada həbs şoku

13 Sentyabr 2019 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa məhkəməsi Səudiyyə Kralı Salman bin Əbdüləziz əs-Səudun qızı Hassa bin Salman barədə həbs qərarı çıxarıb.

Kralın qızı Parisdəki lüks villasında işləyən santexniki mühafizəçisinə döydürərək ayağından öpməyə məcbur edib.

Əşrəf Eyd adlı işçinin əllərini bağlayaraq çoxsaylı zərbələr endirən cangüdən Səidi Rani haqda 6 ay şərti həbs və 5 min avro pul cəzası kəsilsə də qərarın icrasından yayınıb.

Kralın qızı fransız vəkili vasitəsilə ittihamı rədd edib. Barəsində beynəlxalq həbs qərarı olan Hassa bin Salman Fransadakı məhkəmə prosesinə qatılmayıb.