Tramp FES-i tənqid edib

Tramp FES-i tənqid edib

19 Sentyabr 2019 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemini və onun sədri Cerom Pauelli tənqid edib.

Oxumeni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Cey Pauell və FES yenidən uğursuzluğa uğradılar. "Cəsarət" çatmadı, heç bir mənası yoxdur, görüş yoxdur! Dəhşətli kommunikator!".

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) il ərzində ikinci dəfə faiz dərəcəsini aşağı salıb. Sentyabr ayında keçirilən iclasın nəticələrinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.

Xatırladaq ki, daha əvvəl D.Tramp FES-i baza dərəcəsini sıfıra və ya mənfiyə qədər azaltmağı çağırıb.

Oxumeni.az