Sabah ölkə ərazisində havanın temperaturu 13 dərəcəyə yüksələcək

Sabah ölkə ərazisində havanın temperaturu 13 dərəcəyə yüksələcək

17 Fevral 2020 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxuməni.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 777 millimetr civə sütunundan 773 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° , gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxuməni.az