Keçmiş Hadrut rayonunun yalnız iki kəndi  ermənilərin nəzarətindədir-VİDEO

Keçmiş Hadrut rayonunun yalnız iki kəndi ermənilərin nəzarətindədir-VİDEO

23 Noyabr 2020 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Hadrut rayonunun yalnız iki kəndi hazırda ermənilərin nəzarətindədir.

Oxuməni.az xəbər verir ki, bu sözləri özünü “Hadrut rayonunun icra başçısı” olduğunu zənn edən separatçı Kamo Petrosyan deyib.

Petrosyan bildirib ki, iki kəndi (ermənilər bu kəndləri “Xtsaberd” və “İn Taxer” adlandırır) “əllərində saxlamağa” nail olublar, qəsəbənin özü və 45 kənd isə Azərbaycan Ordusunun nəzarətindədir.

Qeyd edək ki, Hadrut rayonu 1991-ci ildə ləğv edilib və onun 48 yaşayış məntəqəsi Xocavəndə verilib. Xocavənd rayonunun hazırda 1 şəhəri, iki qəsəbəsi (Hadrut və Böyük Bazar) və 81 kəndi var.

Oxuməni.az bununla bağlı videonu təqdim edir:

Həmid