Qələbə paradının  dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb

Qələbə paradının dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb

1 Dekabr 2020 16:25
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.

Oxuməni.az modern.az-a istinadən xəbər verir ki, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bildirib ki, paradın tarixi barədə hələlik məlumatsızdır:

“Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildrmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik. Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə bunu rəsmi qurumlar açıqlayacaqlar.”

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

“Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.

Ş.Ramaldanov budəfəki paradda aparıcılıq edəcəyilə bağlı sualımıza zarafatyana “aparıcılıq Azərbaycan vətəndaşına həvalə ediləcək, adının fərqi yoxdur”,- deyə bildirib.

Oxuməni.az