“Azərsu” gözlənilən qarlı və şaxtalı hava ilə bağlı vətəndaşlara müraciət edib

“Azərsu” gözlənilən qarlı və şaxtalı hava ilə bağlı vətəndaşlara müraciət edib

19 Yanvar 2021 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Oxuməni.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.