Bakıda "qarlı qışa hazırıq" deyərək xalqı  aldadanlar məsuliyyətə cəlb ediləcəklərmi?-Video

Bakıda "qarlı qışa hazırıq" deyərək xalqı aldadanlar məsuliyyətə cəlb ediləcəklərmi?-Video

24 Fevral 2021 13:22
Bəyəndim (1) Bəyənmədim (0)

Bakıda havaların qarlı və çovğunlu keçəcəyi barədə hələ bir neçə gün öncə müvafiq qurumlara xəbərdarlıq edilmişdi. Lakin dünən axşamdan başlayan qarlı hava şəraiti və bu gün on minlərlə insanın yollarda qalması göstərdi ki, "qarlı və çovğunlu qışa hazıram" deyən müvafiq qurumlar hamını aldadıblar. Xüsusilə nəinki Bakıətrarfı ərazilərdə, həm də paytaxtın daxilində belə yolların təmizlənməsinə başdansovdu yanaşılmışdı. Çox nadir hallarda yollarda qartəmizləyən maşınlar gözə dəyirdi. Yolların təmizlənməsinə başdansovdu yanaşılması isə nəqliyyatın hərəkətində problemlərə səbəb olmuşdu. Bakı-Sumqayıt yolunda isə əsl II Qarabağ müharibəsi yaşanırdı. Sumqayıtdan Bakı istiqamətinə gələn yüzdən artıq maşın Masazır dairəsindən Xırdalan qəbristanlığı istiqamətindəki yoxuşda ilişib qalmışdı və bir sözlə bu əsl biabırçılıq idi... Mən bilmirəm bu biabırçılığa görə müvafiq qurumları cəzalandıran olacaq, ya olmayacaq. Amma məsələ ilə bağlı belə biabırçı vəziyyətə görə,yaşlı kişilərin də dediyi kimi günakarların cəzalandırılması üçün Mircəfər Bağırovun yeri necə də görünür...

Oxuməni.az videogörüntüləri təqdim edir: