Böyük Britaniyada ilin söz birləşməsi seçilib
Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib.
Oxumeni.az-ın məlumatına görə, lüğətin versiyasına əsasən həmin ifadə “climate strike” (iqlim tətili) olub.
Lüğətdə qeyd olunur ki, "iqlim tətili" adı 2015-ci il Paris iqlim konfransının ildönümünə həsr olunmuş və bu ilin sentyabrında keçirilmiş tətillərə verilib.
Həmin tətillər bu il isveçli fəal Qreta Tunberqin fəaliyyəti ilə bağlı daha da yayılmışdı.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər