Möhtəşəm “Formula-1” Azərbaycan Qran-Prisi uğurla başa çatdı

Möhtəşəm “Formula-1” Azərbaycan Qran-Prisi uğurla başa çatdı

12 İyun 2022 21:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı 3 gün ərzində dünyanın ən bahalı və nüfuzlu idman növlərindən biri olan “Formula-1” Avropa Qran-prisinin həyəcan və sevincini yenidən yaşadı və yaşatdı

Oxuməni.az xəbər verir ki, ölkəmizdə dördüncü dəfədir keçirilən bu oyunlar idmançılar üçün sürət, əzm, sınaq, mübarizə, qələbə meydanına, tamaşaçılar üçün isə əsl idman bayramına çevrildi. Dünya, sözün yaxşı mənasında, yenidən üzünü Azərbaycana çevirdi, ən mötəbər, ən elitar, ən bahalı və ən nüfuzlu idman növlərindən biri olan bu yarışları heyrətamiz Bakının təqdimatında bir daha izlədi. Azərbaycan “Formula-1” Qran-prisi ilə təkcə gözəl bir idman bayramı, idman tədbiri nümayiş etdirmir, eyni zamanda, dünyaya özünün inkişafını, zəngin mədəniyyətini, öz insansevərliyini nümayiş etdirir. Göstərir ki, idmandan müxtəlif mədəniyyətlərə, dinlərə və dünyagörüşünə mənsub olan insanları bir araya gətirmək, xalqları yaxınlaşdırmaq, tolerantlığı, multikultural dəyərləri və xalqlararası anlaşmanı təbliğ etmək üçün əla şəkildə istifadə etmək olar. Bundan əlavə diqqətə çatdırır ki, idmanı regional və qlobal əlaqələr üçün də bir körpüyə çevirmək mümkündür.

“Formula-1” yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının “Formula-1” kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

Qeyd edək ki, “Formula-1” yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdi. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar.

Bazar günü Bakıda keçirilən “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi başa çatdı. Mercedes komandasının pilotu Valtteri Bottas qalib oldu. O, Luis Hamiltonu 1,5 saniyə qabaqladı. Luis Hamilton da Mercedes komandasının pilotudur. Ferrari komandasının təmsilçisi Sebastian Vettel finişə 3-cü gəldi. Beləkilə, pilotların yarışında Valtteri Bottas - 87 xalla birinci, Luis Hamilton - 86 xalla ikinci, Sebastian Vettel isə 52 xalla üçüncü yerləri tutublar. Komandaların yarışında isə birinci yerə çıxan Mercedes - 173, ikinci yer tutan Ferrari - 99 və üçüncü yer tutan Red Bull isə 64 xal toplayıb.

Xatırladaq ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 Dünya Çempionatı 1950-ci ildə başlayıb. İlk çempion 44 yaşlı Giuseppe Farina olub, konstruktorlar arasında isə ilk çempion 1958-ci ildə seçilib - Vanwall. Hazırda ən çox qalib gələn sürücü Mixael Sumaxerdir - o, 7 dəfə çempion olub və 91 yarışda qalib gəlib. Lyuis Həmilton isə 2014-cü ildə Bəhreyndə Formula1 tarixinin 900-cü yarışında qalib gəlmişdi. Britaniyalı sürücü aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən F1 tarixinin 1000-ci yubiley yarışında da qalib gələrək, karyerasının 75-ci qələbəsini qazandı. Bundan başqa 34 yaşlı sürücü əfsanəvi Mixael Şumaxerdən sonra 4000 dövrə lider gedən ikinci pilot oldu. Yeddiqat Dünya Çempionu isə karyerası ərzində 5111 dövrəyə liderlik edib. Ferrari isə konstruktorlar arasında rekorda sahibdir: bu komanda 234 yarışda qalib gələrək 16 dəfə çempion olub.