UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

29 Sentyabr 2022 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

Oxuməni.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.