Avropa, Rusiya və Belarusun iştirak edəcəyi təqdirdə 2024-cü il Olimpiadasını boykot edə bilər

Avropa, Rusiya və Belarusun iştirak edəcəyi təqdirdə 2024-cü il Olimpiadasını boykot edə bilər

9 Yanvar 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa ölkələri Rusiya və Belarusun oyunlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiadasını boykot etmək variantını nəzərdən keçirirlər.

Oxuməni.az xəbər verir ki, bunu Norveçdən olan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş üzvü Gerhard Heyberq bildirib.

Avropa ölkələrinin reaksiyasına BOK prezidenti Tomas Baxın sözləri səbəb olub. Bu yaxınlarda Rusiya idmançılarının beynəlxalq turnirlərə qayıtması ssenarisini müzakirə etmək təşəbbüsü ilə çıxış etdi.

Dünya Antidopinq Agentliyinin keçmiş prezidenti Qreyq Reid də daxil olmaqla bir çoxu Baxın mövqeyi ilə razılaşmadı.

Fransız jurnalist Alain Luzenfichter, Thomas Baxın təklifinin həyata keçirilməsinin "Paris Olimpiadasını öldürəcəyini"söylədi.

Əziz Mustafa, Oxuməni.az