2024-cü il Olimpiadasına 500 gün qaldı

2024-cü il Olimpiadasına 500 gün qaldı

15 Mart 2023 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında qonaqları qarşılamaq üçün 500 gün qaldı.

Oxuməni.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron təntənəli şəkildə geri sayımın başlandığını elan etdi və paytaxtı Olimpiadaya hazırlamaqda iştirak edən bütün təşkilatları dünyaya ölkənin ən cəlbedici imicini göstərməyə çalışmağa çağırdı.

"Tapşırıqlarınızı yerinə yetirərkən punktual və qüsursuz olun. Növbəti 500 gündə bu oyunları keçirmək üçün əlimizdən gələni etməliyik. Sizin oyunlarınızı və görülən işləri səbirsizliklə gözləyirəm, heç nəyi sonraya, növbəti 500 günə buraxmayın, bu ölkədə görəcəyimiz çox şey var."

Dövlət başçısı bir sıra şəhərətrafı qəsəbələrin xüsusi diqqət tələb etdiyini etiraf edib, həmçinin parisliləri hazırlıq işlərində daha fəal iştirak etməyə çağırıb. Maraqlıdır ki, Paris sonuncu dəfə bir əsr əvvəl, 1924-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.

Fuad, Oxuməni.az