Vilfrid Zaha İstanbula gəldi

Vilfrid Zaha İstanbula gəldi

24 İyul 2023 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" "Kristal Pelas"la müqaviləsi başa çatan Vilfrid Zaha ilə danışıqlara başladığını açıqlayıb. Uzun müddətdir "Fənərbağça"nın gündəmində olan ulduz futbolçu İstanbula gəlib. Zaha "Qalatasaray" azarkeşləri tərəfindən qarşılanıb.

Şəxsi təyyarə ilə Atatürk Hava Limanına gələn Fil Dişi Sahilindən olan futbolçunu sarı-qırmızılı tərəfdarlar bayraqlar və məşəllərlə qarşılayıblar.

"Qalatasaray" şərfləri ilə nümayiş etdirilən Vilfrid Zaha azarkeşləri ilə şəkil çəkdirib. Hava limanında heç bir açıqlama verməyən Zaha ailəsi ilə birlikdə onun üçün ayrılmış şəxsi avtomobili ilə ərazidən ayrılıb.

Murad Şahməmməd