İngiltərədə hakimlər ilk hissəyə 11 dəqiqə əlavə ediblər

İngiltərədə hakimlər ilk hissəyə 11 dəqiqə əlavə ediblər

14 Avqust 2023 21:32
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə futbolunda qəribə hadisələr baş verir. Hakimlər idarə etdikləri oyunlarda əlavə vaxtın artırılmasına görə, sanki bir-birləri ilə bəhsə girirlər.

Oxuməni.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bunu yeni futbol mövsümünün başlaması ilə bağlı keçirilən ilk oyunlar da bir daha təsdiq edir.

Çoxlarının yadındadır ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında hakimlər birinci və ikinci hissəyə çoxlu vaxt əlavə etmişdilər. Əvvəlki kimi bir-dörd dəqiqə yox, bir neçə dəfə artıq. İndi İngiltərədə də oxşar vəziyyət yaşanır.

"Arsenal" - "Siti Superkuboku" matçında ikinci hissəyə 8 dəqiqə əlavə olunub və londonlular ümumilikdə 90+11-ci dəqiqədə fərqləniblər. Daha sonra sosial şəbəkələrdə oyunun "Arsenal" hesabı bərabərləşdirənə qədər davam edəcəyi ilə bağlı zarafatlar peyda olub.

Premyer Liqanın 1-ci turunda cümə və şənbə günləri ikinci hissəyə ən azı beş dəqiqə əlavə edildi.

"Bernli" - "Mançester Siti" 0:3
Birinci hissəyə 5 dəqiqə, ikinci hissəyə 6 dəqiqə əlavə edilib.

"Arsenal"- "Nottingem Forest" 2:1
Birinci hissəyə 3 dəqiqə, ikinci hissə 7 dəqiqə artırılıb.

Brighton-Luton 4:1
Birinci hissəyə 1 dəqiqə, ikinci hissəyə 7 dəqiqə əlavə edilib.

Şeffild -Kristal Pelas 0:1
Birinci hissəyə 1 dəqiqə, ikinci hissə 5 dəqiqə artırılıb.

"Bornmut" - "Vest Hem" 1:1
Birinci hissəyə 1 dəqiqə, ikinci hissə 6 dəqiqə əlavə edilib.

Everton-Fulhem 0:1
Birinci hissə 1 dəqiqə, ikinci hissə 6 dəqiqədir.

Nyukasl- Aston Villa 5:1
Birinci hissə10 dəqiqə, ikinci hissə 5 dəqiqə çox oynanılıb.

Bazar günü keçirilən ilk qarşılaşmada turun bütün əvvəlki oyunlarını üstələmək mümkün olub. Brentford-Tottenhem görüşündə ilk hissəyə dərhal 11 dəqiqə əlavə olunub.

Nəzərə almaq lazımdır ki, ilk 45 dəqiqədə komandalar üç qol vurdu, hakim iki dəfə VAR-a baxmağa getdi . 11 dəqiqə uzun müddət kimi görünsə də, hər şey nəzərə alındı. Qolsuz keçən ikinci hissəyə cəmi dörd dəqiqə əlavə olundu.

Əslində hələ mövsüm başlamamışdan əvvəl oyunlaradaha çox dəqiqələrin əlavə olunacağı rəsmən açıqlanmışdı. Bunu ESPN-ə müsahibəsində Premyer Liqa hakimlərini idarə edən Hovard Uebb deyib:

"İdmanımızda oyun vaxtı xeyli azalıb. Ötən mövsüm İkinci Liqada 48 dəqiqə, Birinci Liqada 50 dəqiqə, Çempionşipdə 52 dəqiqə, Premyer Liqada artırma 54 dəqiqə idi. Hakimlərdən qolun vurulduğu andan oyunun yenidən başlanmasına qədər keçən dəqiq vaxtı göstərmələrini xahiş edirik. Dəyişmələr baş verdikdə, hər birinə avtomatik olaraq 30 saniyə əlavə etmədən, buna nə qədər xərclədiklərini də nəzərdən keçirin. Qəzəb? Düşünürəm ki, zaman keçdikcə hər şey bir qədər sakitləşəcək. Oyunçular başa düşəcəklər ki, vaxt itirsələr, yaxalanacaqlar,”

Əziz MUSTAFA