Usman Nurməhəmmədov dopinq testindən keçə bilməyib, Primus ilə döyüşün nəticəsi ləğv edilib

Usman Nurməhəmmədov dopinq testindən keçə bilməyib, Primus ilə döyüşün nəticəsi ləğv edilib

12 Noyabr 2023 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yüngül çəkidə Bellator çempionu (70 kq-a qədər) rusiyalı Usman Nurməhəmmədov dopinq testindən keçə bilməyib, BJPenn xəbər verir.

Resursun məlumatına görə, Nurməhəmmədov tituldan məhrum ediləcək və oktyabrda Bellator 300 turnirində ona məğlub olan sonuncu rəqibi amerikalı Brent Primus təşkilatın Qran Prisinin finalına yüksələcək.

Rusiyalı 6 ay müddətinə diskvalifikasiya olunacaq və o, 50 min dollar cərimə də ödəyəcək.

Kaliforniya Ştat Atletika Komissiyasının (SCAC) icraçı direktoru Endi Foster jurnalist Ariel Helvaniyə müsahibəsində bildirib ki, Nurməhəmmədovun qadağan olunmuş maddənin istifadəsi üçün resepti olub, lakin ondan istifadəyə icazə almaq üçün müraciət etməyib.

Usman Nurməhəmmədovun 25 yaşı var. Döyüşçü peşəkar kimi debütünü 2017-ci ildə edib və 2021-ci ilin aprelində ilk dəfə Bellatorda döyüşüb. Ümumilikdə rusiyalının MMA-da 17 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Oxuməni.az