Rafael Ağayev "Ginnesin Rekordlar Kitabı"na düşüb

Rafael Ağayev "Ginnesin Rekordlar Kitabı"na düşüb

18 Dekabr 2023 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizin ən məşhur idmançılarından Rafael Ağayev “Ginnesin Rekordlar Kitabı”na düşüb. “Karatenin Qara brilyantı” ləqəbli Rafaelin adı fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Rekordlar Kitabına əlavə olunub.

Qeyd edək ki, kumite növündə mübarizə aparan Rafael Ağayev 2006-2016-cı illərdə 5 dəfə dünya çempionatının qalibi olub. 38 yaşlı karateçi Avropa çempionatlarında da uğurlu nəticələrlə diqqət çəkir. O, qitə turnirlərində 11 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan başqa, Rafael 2021-ci ildə Yaponiyada keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Oxuməni.az