Bu gün Super Liqanın taleyi həll olunacaq

Bu gün Super Liqanın taleyi həll olunacaq

21 Dekabr 2023 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Lüksemburqdakı Avropa Məhkəməsi bütün Avropa futbolu üçün ən vacib qərar qəbul etməlidir. Onlar UEFA və FİFA-ya qarşı Super Liqanın yaradıması işinə baxacaqlar. Superliqanın taleyi birbaşa məhkəmənin qərarından asılıdır. UEFA-nın Aİ-nin rəqabət qanunlarını pozduğu tanınsa, o zaman yeni turnirin tərəfdarları qələbəni qeyd edəcək və möhtəşəm yarışa hazırlaşacaqlar.

UEFA Avropa Məhkəməsinin 2022-ci ilin dekabrında ilkin hesabatda olduğu kimi onların xeyrinə qərar verəcəyinə əmindir, Super Liqa isə qanunun onun tərəfində olduğuna inanır. Top-klubların rəhbərləri Superliqa layihəsinin mövcud olduğu ilk gündən apardıqları bu mübarizədə qalib gələcəklərinə əmindirlər

Super Liqanın yaradılması məsələsi rəsmi olaraq 2021-ci ilin aprelində təqdim edildi və bu, olduqca gözlənilməz oldu. Avropa futbolunun nəhənglərini zənginləşdirməyi vəd edən dəbdəbəli turnir eyni dərəcədə səs-küylü fiasko ilə başa çatdı. UEFA-nın və şəxsən onun rəhbəri Aleksander Çeferinin hədələrindən cəmi bir neçə gün sonra klublar bir-birinin ardınca layihəni tərk etməyə başladılar. Bu ideyanı dəstəkləyən Real Madrid, Barselona və Juventus isə Super Liqa layihəsini dəstəkləməkdə davam edtməkdədirlər.

UEFA onlara qarşı intizam işi açıb, lakin bu, klub rəhbərlərini qorxutmayıb - onlar qanunsuz icraatın dayandırılmasını tələb edərək Madrid məhkəməsinə müraciət ediblər. Hakim Manuel Ruiz de Lara Super Liqa tərəfarlarına haq qazandıran qərar qəbul etdi. Bu, UEFA-nın xoşuna gəlməyib və rəhbər orqan qərarı verən hakimin vəzifəsindən kənarlaşdırılmasını tələb edən vəsatət qaldırıb. Bununla belə, Madrid məhkəməsi UEFA-nın vəsatəti rədd etdi.

Məsələ ilə bağlı bu gün daha bir məhkəmə qərarının qəbul ediləcəyi gözlənilir. Öncədən belə bir fikir vurğulanır ki, məhkəmə növbəti dəfə Super Liqanın yaradılması ideyasını dəstəkləyəcək.

Oxuməni.az