Avropa qorxu içində gözləyir
Avropanın aviasiya təşkilatı "Eurocontrol" İslandiyada həftə sonu püskürən Qrimsvötn vulkanının yaydığı kül buluduna görə hava limanlarını xəbərdarlıq etdi. İrlandiya, Şotlandiya, Skandinaviya ölkələrinin bir qismində 500-dən artıq uçuş ləğv edildi. Halbuki, bu günlər ərzində Avropada gündə 30 mindən artıq sərnişin təyyarədən istifadə edərək ünvan başına yetişir.
"Eurocontrol" məsul işçiləri bu vəziyyətin Obamanın Avropa turuna heç bir mənfi təsir göstərməyəcəyini açıqlayıblar. Qrimsvönt vulkanından ətrafa yayılan kül buludlarının bu gün Danimarka və Norveçə çatdığı bildirilib.
Kül buludları kül qoyub aviaşirkətlərin başına...
Günel Həbib
O.M.
Digər xəbərlər