Özünü beşinci mərtəbədən atdı

Özünü beşinci mərtəbədən atdı

1 May 2014 18:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 53 yaşlı kişi intihar edib. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Qara Qarayev prospekti 30/42 ünvanında qeydə alınıb.

Ordubad rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Şamil oğlu Sadıqov özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az