Ödəniş terminallarını oğurlayanlar tutuldu
Bakının Sabunçu rayonunda mağazada ödəniş terminallarından oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ofelya Qocayevanın, Mehriban Əsgərovanın, Ramin Həsənovun evlərindən pul, qızıl əşyaları və noutbuk, İsrafil Əsgərovun, Rüstəm Salahovun, Fateh Süleymanovun və Zaməddin Göyüşovun mağazalarından "E-Manat" və "Milli ön" ödəniş terminalı oğurlamış Bakı şəhər sakini Ziya Əliyev tutulub. Şamaxı rayon sakinləri Turab Səfərov və əvvəllər məhkum olunmuş Vüqar Həbibov isə müəyyən ediliblər.
Mediainfo.az
Digər xəbərlər





















.jpg)
.jpg)
.jpg)







































































