Şirniyyat evində partlayış
Şirniyyat evində baş verən partlayışla bağlı rəsmi açıqlama yayılıb.
DİN-in saytı xəbər verir ki, Bakı şəhər sakini Zorab Vazayeviçevə məxsus şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.
Partlayış oktyabrın 21-də saat 12 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən (konstruksiyası plastik materialdan olan) şirniyyat sexində təbii qazın sızması nəticəsində olub.
Nəticədə konstruksiya dağılıb, orada çörək bişirən işləyən Bakı şəhər sakini Samir Həşimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Mediainfo.az
Digər xəbərlər