Kokain daşıyan sualtı gəmi ələ keçirilib
Honduras Dəniz-patrul xidmətinin keçirdiyi əməliyyat nəticəsində bu ölkənin ərazi sularında 5 ton kokain daşıyan sualtı gəmi saxlanılıb. Hondurasın müdafiə naziri Marlon Paskua bildirib ki, gəmi başqa dövlətə məxsusdur. Gəminin bortunda olan 5 Kolumbiya vətəndaşı həbs edilib. Honduras hakimiyyət orqanlarının sözlərinə görə, hər il qeyri-qanuni olaraq Kolumbiyadan Hondurasın ərazi sularından keçərək Meksikaya və sonradan ABŞ-a 100 tona qədər kokain aparılır.
Həmişə "saman altından su yeridənlər" bu dəfə su altından "saman" yeritdilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər