Türk hərbçi komandirini və əsgər yoldaşını yaralayaraq qaçıb
Ankarada reyd keçirən hərbi avtomobildəki əsgər komandirini və silah yoldaşını yaralayaraq hadisə yerindən uzaqlaşıb. Daha bir əsgər isə şəxsiyyəti naməlum olan silahlı hərbçinin hücumundan qaçaraq xilas ola bilib. Qeyd edək ki, hücumu törədən əsgər hərbi birliyə aid reyd avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Yaralı əsgər və komandir isə vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Qaçaraq hücumdan canını xilas edən və şok vəziyyətinə düşən əsgər də hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Qeyd edək ki, hal-hazırda qaçan hərbçinin tutulması istiqamətində əməliyyatlar davam edir.
Düşmənlə yoldaşlarını dəyişik saldı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər