Bəxtiyar Vahabzdənin prokuror oğlu işdən çıxarıldı- SƏBƏB

Bəxtiyar Vahabzdənin prokuror oğlu işdən çıxarıldı- SƏBƏB

21 Aprel 2017 10:19
Bəyəndim (0) Bəyənmədim (0)
Tərtər rayon prokuroru da tutduğu vəzifədən azad olunub

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Mediainfo.az