Ermənistan ordusunun muzdlu əsgəri ölüb

Ermənistan ordusunun muzdlu əsgəri ölüb

21 Aprel 2017 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.

Bu barədə əsgərin qohumları epress.am-a deyiblər. O, Arpi kəndinin sakini olub. İnformasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib. Deyib ki, əsgərin ölümünün səbəbləri haqda daha sonra məlumat veriləcək.

Mediainfo.az