
DİN məmurun xidməti avtomobili ilə piyadanı vurması barədə məlumat yayıb - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Bakıda məmurun xidməti avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Belə ki, aprelin 30-da saat 21 radələrindən Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini Fazil Hüseynov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən Vaqif Rzayevi vurub, nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***
saat 09.17
Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Pirallahı-Bakı istiqamətində 1966 təvəllüdlü Fazil Bakir oğlu Hüseynovun idarə etdiyi "Niva" markalı, 90 AX 642 nömrə nişanlı avtomobillə piyada, 1955-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu Rzayev vurulub. Piyada aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva" markalı avtomobil Pirallahı rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə məxsusdur.
Hadisəni törədən şəxs isə orada şöbə müdiri işləyir. (DIN)