Hakim olmaq istəyənlər noyabrın 20-də yazılı imtahan verəcəklər
Hakimlərin Seçki Komitəsindən (HSK) məlumat verilir ki, Azərbaycanda vakant olan hakim vəzifələrinə namizədlər üçün test imtahanının ikinci fazası - yazılı imtahan noyabrın 20-də keçiriləcək. Məlumata görə, imtahan saat 11:00-da Bakı İdman Sarayında baş tutacaq. Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini noyabrın 17-dən başlayaraq, iş vaxtı ərzində, HSK-dən şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.
Ən ədalətli hakim obyektiv imtahandır...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər