Kolumbiyada iğtişaşlar zamanı üç nəfər həlak olub

Kolumbiyada iğtişaşlar zamanı üç nəfər həlak olub

22 Noyabr 2019 21:27
Bəyəndim (1) Bəyənmədim (0)

Kolumbiyada iğtişaşlarla nəticələnən etirazlar zamanı ən az üç nəfər həlak olub.

Oxumeni.az Noticias RCN telekanalına istinadla xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə naziri Olmes Truhilyo deyib.

“Kolumbiya hakimiyyəti iki nəfərin ölümünü təsdiqləyib. Onlardan biri Buenaventura, digəri isə Kandelariya bələdiyyəsində həlak olub”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, iğtişaşlar zamanı, həmçinin 273 nəfər, o cümlədən 148 hərbçi və üç polis xəsarət alıb.

Qeyd edək ki, Kolumbiyada keçirilən etiraz aksiyalarında 207 minə qədər insan iştirak edib. Etirazçılar hökumətin cinayətkarlığa qarşı mübarizəsindən və iqtisadi siyasətindən narazıdırlar. İğtişaşlar qısa zaman ərzində ölkənin bir sıra iri şəhərlərinə yayılıb. Kalı şəhərində komendant saatı tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)