Gürcüstanın Şidi Kartli bölgəsində meşə yanğınları 70 hektara yaxın ərazini əhatə edib

Gürcüstanın Şidi Kartli bölgəsində meşə yanğınları 70 hektara yaxın ərazini əhatə edib

25 Noyabr 2019 09:31
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın Şidi Kartli bölgəsində Dzama dərəsində meşə yanğınları davam edir.

Oxumeni.az xəbər verir ki, yanğın artıq 70 hektara yaxın ərazini əhatə edib.

Kareli rayon yanğından mühafizə xidmətinin rəhbəri Kaxa Barbakadze jurnalistlərə bildirib ki, yanğın Muxileti kəndinə yaxınlaşıb.

Hadisə yerinə 20 yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının və kəndə keçməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az