Avtobus dərəyə aşıb, azı 18 nəfər ölüb

Avtobus dərəyə aşıb, azı 18 nəfər ölüb

28 Noyabr 2019 00:00
Bəyəndim (1) Bəyənmədim (0)

Nepalda avtobusun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Oxumeni.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir. Nəqliyyat vasitəsi 500 metr hündürlükdən dərəyə yuvarlanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az