Mənsimovun “ƏLİKRAMÇILAR”LA kəsişən yolu – Mirzəlini maliyyələşdirənlərin Mənsimovun masasında nə işi var? (FOTOLAR)
Avropada fəaliyyət göstərən azərbaycanlı siyasi fəalların tərkibi bircins deyil. Onların arasında səmimi olaraq Azərbaycanın daha demokratik, insan haqlarının və siyasi azadlıqların qorunduğu, korrupsiyanın, özbaşınalıqların olmadığı daha güclü, demokratik bir ölkəyə çevrilməsində maraqlı olanlar kimi, Azərbaycana düşmən mövqedə duran beynəlxalq mərkəzlərə, güclərə, ayrı-ayrı dövlətlərə, hətta Ermənistana belə xidmət edənlər də var. Elə ən səviyyəsiz, tərbiyə və əxlaqdan uzaq “bloqerlər” və “siyasi fəallar” da məhz ikinci qrupa aid olanlardır...
Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, artəq bəzi “siyasi fəallar” Qarabağdakı erməni separatizminə haqq qazandıracaq qədər “dərinə” gedirlər, Azərbaycanın cənubunda separatizm yaymağa çalışan, lakin buna nail ola bilməyən vətən xaini Əlikram Hümbətovla əməkdaşlıq etməkdən belə çəkinmirlər.
Belələrinə dair bir fakt.
Fotoda gördüyünüz Seyran Rəfiyev Avropa İttifaqı parlamentində ermənilərin və ermənipərəst avropalı deputatların əhatəsində oturub. Ermənilərlə sıx əməkdaşlıqda olan bu şəxs eyni zamanda adı dilə gətirilməyə belə layiq olmayan, tərbiyəsi, əxlaqı çoxlarına məlum m. mirzəlini maliyyələşdirdiyini özü şəxsən etiraf edib (Aşağıdakı videoya bax.).
Sözügedən “bloqer”insə nəyə, nələrə, kimlərə xidmət etdiyi hər kəsə məlumdur. Bu adam İrəvanda oturub, erməni xüsusi xidmətlərinin diktəsilə işləyən, eyni zamanda Azərbaycanın cənubunda separatizm yaratmağa çalışan vətən xaini zabil məhərrəmovu öz efirinə çıxararaq, onunla “dərdləşən” biridir. S.Rəfiyev isə belə birisiylə eyni “kruq”dan olduğunu, hətta onu maliyyələşdirdiyini efirlərdə etiraf edir.
Həmçinin, S.Rəfiyevin bir çox ermənipərəst və erməni əsilli avropalı siyasətçilərlə, deputatlarla isti münasibətləri var. Onlardan biri də Çexiyadan Avropa Parlamentinə üzv olan ermənipərəst deputat və partiya sədri, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Yaromir Ştetinadır. S.Rəfiyevin onunla görüşünün fotoları var. Ştetina açıq ermənipərəst mövqeyini heç zaman gizlətməyib, həmişə Azərbaycanın əleyhinə fəaliyyət göstərib. O, Qarabağa səfər edərək, qondarma rejimin rəhbəri Bako Saakyanla görüşən deputatlardan biridir. Azərbaycan tərəfindən axtarışa da buna görə verilib.
Öz əməllərilə Əlikram Hümbətovun yaxın çevrəsinə aid olduğunu göstərən S.Rəfiyevin dostları arasında onunla eyni məzhəbə qulluq edən Rahim Sadıqbəyli adlı birisi də var.
Bütün bunları qeyd etməkdə məqsədimiz heç də bu fiqurları müzakirəyə çıxarmaq deyil, çünki bunlar xüsusi diqqətə layiq olacaq şəxslər deyillər. Ancaq onları birləşdirən bəzi başqa məqamlar, “masalar” də var. Bu məqamlardan biri separatçıların həndəvərində dolaşmaları, Azərbaycana düşmən olan dairələrə xidmət etmələridir. Digər məqam isə həm də tanınmış azərbaycanlı iş adamı, Türkiyədə yaşayan və fəaliyyət göstərən Mübariz Mənsimovun masasının ətrafına toplaşmalarıdır. Həmin bu S.Rəfiyevin M.Mənsimovun qohumu olduğu bildirilir. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, ermənipərəst və erməni əsilli deputatlarla “cici-bacı” olan, məlum “bloqer”i maliyyələşdirən S.Rəfiyev və digərləri Mənsimovla da bir yerdədirlər.
Maraqlıdır, bu adamları Mənsimovla birləşdirən nədir? Doğrudanmı məşhur iş adamının bu şəxslərin hansı yuvanın quşu olmalarından xəbəri yoxdur? Axı, normalda özünü xeyriyyəçi, Azərbaycan təəssübkeşi kimi təqdim edən Mənsimov belə adamlarla nəinki yaxınlıq etməli, eyni masanın arxasında oturmalı, ümumiyyətlə belələrini öz həndəvərinə buraxmalı deyildi. İndi kim təminat verə bilər ki, sözügedən iş adamı həmin bu şəxsləri maliyyələşdirmir? Zatən, onların Mənsimovun böyür-başında fırlanmaqda məqsədləri ondan nəsə qoparmaq, maliyyə dəstəyi almaqdan başqa heç nə ola bilməz. Bəs, belə olan təqdirdə gəmilərinə Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin adını verən bir şəxs, necə olur ki, erməni separatizminə xidmət edənlər, onlarla əlbir olanlar, eləcə də Azərbaycanın cənubunda separatizmin yayılmasına çalışan uğursuz xainlərlə eyni çevrəyə aid şəxsləri özünə bu qədər yaxın buraxır, onlarla eyni masanı bölüşür, əməkdaşlıq edir və s.
Zatən Mənsimovla bağlı Azərbaycan cəmiyyətinin mövqeyi birmənalı deyil. Məsələn, sual var ki, nədən hakimiyyətlə münasibətləri yaxşı olanda Elçibəy və Rəsulzadə yadına düşməyən, əksinə, Eldar Mahmudov kimi qaniçənə yarınmaq üçün onun atasının adını əbədiləşdirməyə çalışan Mənsimov, münasibətləri korlanan kimi bu tarixi şəxsiyyətləri yada saldı və gəmilərə onların adını verdi? Bu, səmimi millətçilik və dövlətçilik anlayışlarışından irəli gəlirmi?
Yaxud, bir tərəfdən xeyriyyəçi və vətənpərvər kimi təqdim olunan Mənsimov, digər tərəfdən yuxarıda adlarını çəkdiyimiz şəxslərlə necə yaxın münasibətlərdə ola bilər? Hər halda, bu suallara yalnız iş adamının özü cavab verə bilər. Əgər verəcək bir cavabı varsa..Azpolitika.info