Cəsədini parçalayıb çamadana qoydular
Kripto pul səhmləri ilə diqqət çəkən Argentina zəngini Fernando Perez Alqaba bir neçə vaxdır ki, itkin düşmüşdü. 41 yaşlı kişinin meyitini çay kənarında oynayan bir qrup uşaq tapıb. Dəhşətli qətlin təfərrüatları internetdə paylaşılıb.
Çay kənarında futbol oynayan uşaqlar tərəfindən zibil torbası və çamadanda parçalanmış cəsəd tapılıb. Ərazidə araşdırma aparan polis əməkdaşları çamadanda bir qol və iki ayaq tapıblar. Polis əlavə araşdırmalardan sonra bədbəxt kişinin başını, bədənini və digər qolunu çayın kənarında tapıb.
Tibbi ekspertizanın nəticələri dəhşətli həqiqəti üzə çıxarıb. Fernando Perez Alqabanın cəsədi hissələrə ayrılıb. Ekspertlər təfərrüatları araşdırdıqda qətlin peşəkarlıqla törədildiyini bildiriblər.
Qan donduran qətldən sonra meyitin kimə aid olduğu barmaq izləri və döymələrdən müəyyən edilib. İndi ağılda olan sual Fernando Perez Alqabanı kimin və nə üçün öldürə biləcəyidir...
İnstaqramda 900 mindən çox izləyicisi olan Alqabanı uşaqlıqdan işlədiyini lakin var-dövlətinin mənbəyinin heç vaxt açıqlanmadığını söyləyərək var-dövlətini tamamilə təkbaşına qazandığını bildirib. Bəzi mənbələr Alqabanın böyük borcu olduğunu iddia etsə də, onun böyük qardaşı Rodolfo Perez Alqaba açıqlama verib.
Argentina mətbuatına açıqlama verən Rodolfo Perez Alqaba, "Qardaşım bitcoin sataraq yaxşı pul qazanmırdı" deyib. O, dələduzluq və borc iddialarını rədd edib. Alqaba qardaşının heç bir mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqəsi olmadığını deyib. Buenos-Ayresdə kripto pul investisiya şirkətinə sahib olan Perezin ofisində ən azı 25 nəfərin çalışdığı da açıqlanıb. Polis hadisə ilə bağlı araşdırmanı dərinləşdirərkən, cəsədin tapıldığı çamadandakı sənədləri araşdıraraq bir qadının nəzarətə alındığını da açıqlayıb.
Murad Şahməmməd