Vüsal Şilderin qatillərinə hökm oxunub

Vüsal Şilderin qatillərinə hökm oxunub

16 Dekabr 2014 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Alman vətəndaşı Vüsal Şilderi qətlə yetirməkdə təqsirləndirilən Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, E. İsgəndərov 15 il, S. Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Nərimanov RPİ 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan Adolf Şilder 20 il əvvəl Bakıda Azərbaycan vətəndaşı olan qadınla evlənib və onun oğlu Vüsalı övladlığa götürüb.

Mediainfo.az