Laçınlı oğlan atasından polisə şikayətləndi
Fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov Rayon Polis Şöbəsinə müraciət edərək fevralın 1-də həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açdığını bildirib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açdığını deyib.
Mediainfo.az
Digər xəbərlər