İki qardaşı bıçaqlayan həbs edildi
Şamaxı rayonunda iki qardaşı bıçaqlayan həbs edilib.
Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə, qanlı cinayət hadisəsi rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir İbrahimov həmyerlisi, 1994-cü il təvəllüdlü İsmayıl Manafovu və onun qardaşı, 1996-cı il təvəllüdlü Ramil Manafovu bıçaqlayıb. Gənclər arasında şəxsi münasibətlər zəminində mübahisə olub. Cinayəti törədən Samir İbrahimov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər