Azərbaycanlı qətl törədib polisə zəng vurdu: “Allahü Əkbər!”

Azərbaycanlı qətl törədib polisə zəng vurdu: “Allahü Əkbər!”

1 Mart 2016 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada "Allahü Əkbər!" şüarı ilə müşaiyət olunan daha bir dəhşətli qətl qeydə alınıb. Bu dəfə qatil Azərbaycan vətəndaşıdır.

Virtualaz.org xəbər verir ki, hadisə bu gün Peterburqda qeydə alınıb. Yerli vaxtla saat 6.30 radələrində DİN-in şəhər idarəsinin növbətçi hissəsinə zəng edən şəxs özü barəsində məlumatları və Primorks rayonunda yaşadığı mənzilin ünvanını deyib. Ardınca bildirib ki, bir dəqiqə əvvəl qətl törədib. Həmin şəxs polisə zəngini "Allahü Əkbər"lə bitirib.

Polislər dərhal göstərilən ünvana gediblər və orada qətl törədən Azərbaycan vətəndaşını həbs ediblər. Mənzildən qətlə yetirilmiş Peterburq sakininin cəsədi tapılıb. Saxlanılan şəxs izah edib ki, öldürdüyü şəxsdən mənzil kirayə götürüb. Bu gün səhər mənzil sahibi ondan pulu tələb etməyə başlayıb. Sərxoş olub və pulun ödənilməsi qrafiki haqda eşitmək istəməyib. Mübahisə yaranıb və qətl baş verib.

Əməliyyatçılar mənzildə axtarış zamanı azərbaycanlının şəxsi əşyalarının arasından çoxlu sayda əlyazma qeydlər tapıblar. Bu qeydlər Rusiya hakimiyyətinə, prezident Putinə və bütövlükdə Kreml aparatına həsr edilmişdi. Müəllif qeydlərdə söyüşlərdən gen-bol istifadə edib. "Qeydlər dəlixanadır"-əməliyyatçılardan biri "Fontanka.ru"-ya bildirib.

Cinayətkar psixi ekspertizaya göndərilib, barəsində cinayət işi qaldırılıb. Xatırladaq ki, bir gün əvvəl Moskvada Özbəkistan vətəndaşı olan qadın dayəlik etdiyi 4 yaşlı rus qızının başını kəsib, daha sonra kəsdiyi başla küçəyə çıxıb və "Allahü Əkbər" qışqırmağa başlayıb. Bu dəhşətli cinayət Rusiyada geniş rezonans doğurub. Polis Moskvada və digər iri şəhərlərdə Orta Asiyadan olan miqrantlara hücumların artacağından ehtiyat edir.

Mediainfo.az