Azərbaycan sərhədini qanunsuz keçən əcnəbi yaxalanıb

Azərbaycan sərhədini qanunsuz keçən əcnəbi yaxalanıb

31 May 2018 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 30-da bir nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı zastavanın sərhədçiləri tərəfindən qaraltı müşahidə olunub.

Hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan istiqamətində 1 nəfər şəxsin ayaq izləri aşkar olunub.

Dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.Qafqazinfo