Azərbaycan-Estoniya biznes forumu keçiriləcək

Azərbaycan-Estoniya biznes forumu keçiriləcək

4 Aprel 2017 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Azərbaycan-Estoniya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Apa-ya verilən məlumata görə, biznes forum aprelin 7-də Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Estoniya şirkətlərinin iştirakı nəzərdə tutulur.

Mediainfo.az