Video: LG şirkətindən dünyanın sonu
LG şirkəti artıq bir neçə dəfə orijinal layihələr və səhnələr həyata keçirərək, öz məhsullarının yüksək keyfiyyətini nümayiş etdirib.
Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın əvvəlində şirkət İspaniyada təsadüfi seçilmiş insanlara dünyanın sonunu HD-keyfiyyətdə göstərərək, yeni maye-kristal displeyin reklamını aparıb. Şirkətin əməkdaşları böyük LCD-ekranı adi ofisdə pəncərə əvəzinə yerləşdirib, digər nöqtələrdə isə dinamiklər və kameraları yerləşdiriblər. İşə düzəlməyə gələn insanlar menecerin arxasındakı pəncərədən yerə tərəf gələn nəhəng asteroidi gördükdə bərk qorxuya düşüblər.Həmin maraqlı videonu sizlərə təqdim edirik.
Digər xəbərlər