Rumıniyanın Yerevandakı konsulu avtomobil qəzasında yaralandı
Rumıniya səfirliyinin nümayəndəsi, ölkənin Yerevan şəhərindəki konsulu Ermənistanda yol qəzasına düşüb. Shamshyan.com-un məlumatına görə, dünən yerli vaxtla saat 16:30 radələrində 28 yaşlı konsul Onisim Bivolaro Opel Astra markalı avtomobilini səfirliyin inzibati binası ilə üzbəüz saxlayaraq maşından düşüb. Bu zaman maşın geriyə doğru hərəkətə başlayıb. Nəticədə konsul ağır xəsarət alıb. O, yerli Erebuni tibb mərkəzinə yerləşdirilib.
Mediainfo.az
Digər xəbərlər