"Maral-maral"ın qiyməti cəmi 11 manatdır
Hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadədən xəbər var.
Müğənni "Qafqazinfo"ya bildirib ki, sentyabrın 13-də Yaşıl Teatrda "Sən mələksən" adlı solo - konsert verəcək: "Bu gün təşkilatçı Nahid Emiloğlu ilə danışdım və belə qərara gəldik ki, sentyabrda konsert verim. Bir neçə il bundan öncə baş tutan solo - konsertimi də elə Nahid təşkil etmişdi. Konsert gerçəkləşəcəyi gün nəhs günə, yəni 13-nə təsadüf etməsinə baxmayaraq, tamaşaçıları xoş sürprizlər gözləyir. Odur ki, gəlməyə dəyər".Qeyd edək ki, biletləri avqustun 2-dən etibarən əldə etmək olar. Biletlərin qiymətləri isə 11 və 33 manat arasında dəyişir.
O.M.
Digər xəbərlər