“Qalatasaray“ “Barselona“ya rəqib oldu
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Oxuməni.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanıb.
Türkiyənin "Qalatasaray" klubu bu mərhələdə "Barselona"ya rəqib olub.
Avroliqada 1/8 finalın cütlükləri
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa)
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)
Digər xəbərlər