Moskvada rekord istilər qeydə alınıb

Moskvada rekord istilər qeydə alınıb

29 Avqust 2018 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 29-da günorta Moskvada havanın hərarəti 29 dərəcəyə qalxıb.

AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

Moskva şəhərində ilin bu günü üçün əvvəlki temperatur rekordu 2002-ci ildə qeydə alınmışdı. O zaman Rusiya paytaxtında termometrlər 27,3 dərəcəni göstərmişdi. Avqustun 29-u üçün mütləq temperatur rekordu isə 1938-ci ilə aiddir (34,9 dərəcə).

Sinoptiklərin proqnozuna əsasən, bu gün Moskvada havanın hərarəti 31 dərəcəyə çata bilər.