Atmosfer havasında müşahidə olunan tozun miqdarı yüksəkdir

Atmosfer havasında müşahidə olunan tozun miqdarı yüksəkdir

31 Avqust 2018 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan yuxarı olaraq qalmaqda davam edir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə istinadən verdiyi xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyaları tərəfindən Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.