Atmosfer havasında müşahidə olunan tozun miqdarı normadan yenə də çoxdur

Atmosfer havasında müşahidə olunan tozun miqdarı normadan yenə də çoxdur

31 Avqust 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, paytaxtda tozlu hava davam edir.

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 15:00-da sanitar normadan 1,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, bu göstərici saat 12:00-da 1,3 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.