Arif Məlikov "Şöhrət" ordeni ilə təltif edildi

Arif Məlikov "Şöhrət" ordeni ilə təltif edildi

13 Sentyabr 2018 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Şöhrət" ordeni ilə təltif edilsin.