Marşrutlar iflic oldu: BNA “Anlayış göstərin” deyir

Marşrutlar iflic oldu: BNA “Anlayış göstərin” deyir

18 Sentyabr 2018 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni dərs ilinin başlaması ilə ənənəvi olaraq avtobusların intervalında problem yaranıb.

Bu gün səhər saatlarından başlayaraq, marşrut avtobusları dayanacağa ləngimələrlələ daxil olub. Xüsusilə Bakı Bus MMC-yə məxsus marşrut avtobuslarının işi iflic olub. Avtobusların olmaması, həddən artıq böyük intervalla işləməsi dayanacaqlarda və alternativ nəqliyyat vasitəsi olan metroda sərnişin sıxlığıa səbəb olub.

Maraqlıdır ki, ənənəvi olaraq, "Bakı Bus"un eyni xətt üzrə hərəkət edən 4-5 avtobusu uzun intervaldan sonra eyni anda dayanacağa daxil olub. Bir xətt üzrə işləyən avtobusların necə eyni vaxtda tıxacdan "çıxaraq" toplu halda dayanacağa daxil olması olduqca maraqlıdır.

Yollarda yaranan sıxlıqla əlaqədar məlumat yayan Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınıb. Səbəbin yeni dərs ili ilə əlaqədar olduğu bildirilib.

Agentlikdən bildirilib ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar. (axar.az)