Türkiyə Suriyada terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirəcək

Türkiyə Suriyada terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirəcək

24 Dekabr 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Kürdüstan Fəhlə Partiyası və onun yerli qolu olan Xalq Müdafiə Qüvvələrinin yerləşdiyi qonşu Suriyanın şimalında məqsədyönlü əməliyyatlar keçirməyə davam edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində deyib. Yayım yerli telekanallar tərəfindən həyata keçirilib.

“Biz Suriyada terrorçu qrupların ünsürlərinə qarşı məqsədyönlü əməliyyatları bir cərrahın dəqiqliyi ilə, dinc əhaliyə zərər vermədən davam etdirmək niyyətindəyik ”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, “PKK-nın və onun əlaltılarının vaxtı bitmək üzrədir, onların yolunun sonu artıq görünməkdədir”. Eyni zamanda o, ölkəsinin Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq zərurətindən qaynaqlanan mövqeyindən əl çəkməyəcəyini vurğulayıb. “Bu, Türkiyənin dəyişməz xəttidir və biz bundan heç vaxt kənara çıxmayacağıq”, - deyə Ərdoğan bildirib.

Oxuməni.az