Netanyahu husilərin strateji hədəflərinə hücum əmri verib

Netanyahu husilərin strateji hədəflərinə hücum əmri verib

24 Dekabr 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Nazirliyinin rəhbəri İsrail Katz ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (IDF) Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verdiyini və bu hücumun “sonuncu olmadığını” bildirib. Baş nazir Knessetdə (parlamentdə) müvafiq bəyanatla çıxış edib.

"Son günlərdə müdafiə naziri ilə birlikdə İD-yə strateji husi hədəflərinə dəqiq zərbələr endirmək göstərişi verdik. Husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv etdik. Bu, ilk və sonuncu hücum deyil", - Netanyahu dedi. Baş nazirin Knessetdəki çıxışı onun ofisi tərəfindən yayımlanıb.

Netanyahunun sözlərinə görə, İsrail “çox sadə bir prinsip qurub” ki, “kim İsrailə zərər vurmağa çalışırsa, bunun müqabilində cəzasını alacaq ”.

Oxuməni.az