İsrail ilk dəfə Haniyənin qətlini etiraf edib

İsrail ilk dəfə Haniyənin qətlini etiraf edib

24 Dekabr 10:35
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail ilk dəfə olaraq “HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. İsrailin müdafiə naziri İsrael Kats Yəmən husilərinə, “HƏMAS” və “Hizbullah”la əvvəllər olduğu kimi, onların rəhbərliyi ilə də rəftar etmək təhdidləri ilə çıxış edərkən, bu işə qarışdığını açıqlayıb.
“Biz husilərin strateji infrastrukturuna zərbə endirib, onları lidersiz qoyacağıq. Tehranda, Qəzzada və Livanda Haniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, Hodeyda və Sənada da edəcəyik”, - Kats bildirib.
Haniyə bu ilin iyulunda Tehranda İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra öldürülüb. “Middle East Eye”-nin məlumatına görə, şahidlər Haniyənin binasına mərmi düşdüyünü görüblər.
Haniyə İran İnqilab Keşikçiləri Qvardiyasının mühafizə olunan qonaq evində öldürüldüyü üçün əməliyyat İran hakimiyyətinə zərbə oldu.

Almaz Həsənli